"Zirə" ilə matç "Neftçi" üçün əlamətdar oldu
“Neftçi” klubu Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Pressing.az PFL-in saytına istinadən xəbər verir ki, bu topu Emin Mahmudov qapıdan keçirib. O, Misli Premyer Liqasının 22-ci turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qolunu da vurub.
Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.