Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

“Mənim getməyimi istəyirsiniz?” - Samir Abasov

"Neftçi" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Qələbə qazandınız, amma komanda narahat görünürdü...

- Narahatlığın səbəbi birinci hissənin sonunda uzaqdan buraxılan qol və bu oyunun üzərində çox durmağımız oldu. İstəyiedik ki, bu görüşdə qalib gələk və fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanaq. Bu, həm bizim məşqlərimizə yaxşı təsir olar, həm də milliyə gedənlər yaxşı halda gedərlər. Narahatlıq onunla bağlı idi ki, ikinci qolu buraxmaq istəmirdilər. Amma bunu anlamadım. Əslində oyunçularım öz oyunlarına davam etsəydilər, əlavə qol vura bilərdilər. Birinci hissədə yaxşı oyun göstərdik, yaxşı hücumlara çıxırdıq, haqlı olaraq da 2 qollu üstünlük əldə etdik. İkinci hissədə isə sanki oyunun gedişatı dəyişdi. Artıq mübarizə aparmalı, sözün əsl mənasında döyüşməli idik. Nə qədər tənqid etsək ki, niyə müdafiədə oynadılar futbolçularım, amma bir neçə təklükəli anlardan üzüağ çıxdılar. Sağ olsunlar ki, mübarizəni sona qədər apardılar. Çempionatdan qopmamaq üçün vacib 3 xal idi.

- Millilərin oyunları ilə əlaqədar fasilə sizin xeyrinizə olacaq?

- Hər tərəfdən baxmaq lazımdır. Nəzərə alsaq ki, Emin Mahmudov, Azər Əliyev və digər uzun müddət zədəli olan oyunçularımız var. Bu baxımdan bizim üçün fasilə əlverişlidir. Amma digər tərəfdən, məncə, heç bir komanda bu qədər fasilənin tərəfdarı deyil. Sanki oyun tempinə uyğunlaşırsan, sonra isə fasilə olur. Qayıtdıqdan sonra bütün komandaların oyunları aşağı tempdə gedir. Ona görə bunun mənfi tərəfləri var. Amma bu, neçə illər baş verən prosesdir, edəcək bir şey yoxdur. Artıq biz məşqçilər və futbolçular öyrəşmişik. Fasilədən sonra "Araz-Naxçıvan"la oyunumuz var, buna köklənmək asan deyil. Amma bu da bizim işimizdir.

- Avrokuboklara vəsiqə qazana bilməsəniz, istefa verəcəksiniz?

- Sizcə, verməliyəm? Bəs nəzərə alsaq ki, komandanı götürəndə komandanın 5 xalı var idi və 9 oyun ərzində qələbəsi yox idi?

- Siz bu vəzifəyə gələndə hansı yükün altına girdiyinizi bilirdiniz...

- Mənimlə o yük haqqında danışılanda yanımda idiniz? Əlbəttə ki, avrokuboklara çıxmasaq klub üçün bu, uğursuz olacaq. Amma siz verilişlərdə deyirsiniz ki, məşqçilər bu qədər dəyişilməməlidir, fərqi yoxdur kim, bir məşqçi uzun müddət qalmalıdır klubda, amma indi belə deyirsiniz. Komandanı pis vəziyyətdə götürmüşəm və fikirləşirəm, nəticələrimiz və oyunumuz artıq pis deyil. Kubokda yarımfinaldayıq, çempionatda da riyazi şanslarımız var. Heç qələbəsi olmayan komanda artıq qələbələr qazanır. Bu, istefaya səbəbdir? Əminəm ki, sizin dediklərinizin arxasında nələrsə gizlənir. Yəni qələbə qazananda "bu məşqçi digər məşqçi ilə necə görüşdü?" müzakirə olunursa, çox şeylər gizlənir. Biz əsas öz işimizi görürük və rahatıq. Öz işimizə canla-başla yanaşırıq və "Neftçi"yə xeyir vermək üçün çalışırıq. Bir sual verəndə qorxun ki, o sualdan sonra nələr yazılacaq, nə cür rəylər bildirilcək. Niyə qaşınmayan yerdən qan çıxarmağa çalışırsınız? Məqsədiniz nədir? Çempionatın bitməsinə hələ var, bilinmir nələr olacaq. Mənim rəhbərliklə etdiyim söhbətləri və qabağıma qoyduğum məqsədləri bilmirsiniz. Sırf mənim getməyimi istəyirsiniz?

- "Neftçi"də hazırda yüksək məbləğə gətirilən oyunçular var. Növbəti mövsümdə həmin futbolçularla məqsədə çatmaq olar?

- Yeni mövsümdə nə olacaqsa, onu həmin mövsümdə danışacağıq. Hesab edirəm ki, indi hansısa futbolçuların adları haqda ayrıca danışmaq yersizdir. Ən azından bilirik ki, mövsümün sonuna kimi bu futbolçularla davam etməliyik. Kimdənsə xeyir ala bilmirsənsə, onun üstün olan yönlərindən xeyir almalısan. Oyunçunun başını doldurmalısan ki, vuruşmalıdır. Ən azı nəticəni belə qazanmaq olar. Bizdən yuxarıda olan komandaların da arasında sırf vuruşmaqla nəticə qazananlar var. Ona görə indi hansısa futbolçunun yetərli və ya yetərsiz olması haqda danışmaq düzgün deyil. Biz gələndə onsuz da bilirdik, bu futbolçularla davam edəcəyik. Dediyim kimi, bəzi mövqelərdə mən istədiyim tərzdə oyunçuların olması vacibdir. Bu, adlarla bağlı deyil.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib