Xəbər lentiwidget-title-icon

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO
"Turan Tovuz"dan qələbə, Qubada "sülh" - YENİLƏNİB
Jorj Kaşkilya: “Nəticə qənaətbəxşdir”
"Turan Tovuz" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
"Heç kim istəməzdi ki, belə hadisə olsun"
Qurban Qurbanov üçün əlamətdar gün – Digər övladına toy edir

Ayxan Abbasovdan heç-heçə şərhi

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Hər oyun, hər xal vacibdir. Məğlub olmaq olmazdı. Birinci hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurdu, sonra da epizodlar yaratdılar. İlk yarının sonunda vurduğumuz qol ikinci hissədə daha etibarlı oynamağa imkan yaratdı. İkinci hissədə istədiyimiz futbolu oynadıq. Davam etmək lazımdır. Oyun planında da artırmalıyıq. Qarşıda fasilə var. Bundan yaxşı istifadə etməliyik. Həm kubokda, həm çempionatda sıx qrafikə girəcəyik. Geniş heyətimiz yoxdur. Maksimum rotasiyalarla bu qrafikdən yaxşı çıxmaq lazımdır.

- Qələbəyə ümidli idiz, yoxsa heç-heçəni qorumaq istəyirdiz?

- Belə matçlarda əvvəldən heç-heçə düşünmək yanlışlıq olar. Birinci hissənin ilk 20 dəqiqəsində oyun mərkəzdə gedirdi. Ötürmələrdə səhvlərə yol verdik. İkinci hissədə aktiv idik, topa sahib olduq, cinahlardan hücumlar etdik. Bu cür matçlar mübarizəlidir. Dördüncü dövrə bundan da sərt keçəcək. Xal fərqi yaxın olduğu üçün rəqiblər oyun baxımından çox risk etməyəcəklər. Heç kim sonuncu yeri tutmaq istəmir. Bizim də yuxarı qalmaq şansımız var. Stabillik çatmır. Bəzi oyunlarda qələbə qazana bilsəydik, daha yuxarı qalxardıq. Vaxt lazımdır.

- Xəyal Nəcəfovun yoxluğu mərkəzdə oyununuza təsir göstərdi?

- Əlbəttə. Xəyal xəstə idi, qızdırması var. Oyun getmirdi, bir anlıq onu döyüşə atmaq istədim. Sonra fikirləşdim ki, ən yaxşısı dincəlməyidir. Onun yoxluğu bizim üçün böyük itkidir.

- "Səbail"lə 10 xallıq fərqi qorudunuz. Bu nəticədən sonra dərindən nəfəs aldınız?

- Əlbəttə, dördüncü dövrəyə 10 xallıq fərqlə getmək üstünlükdür. Rəqib qalib gəlsəydi, xal fərqi azalacaqdı. Bu baxımdan üstünlüyü qoruduq.

- İki həftəlik fasilə zamanı yoldaşlıq oyunu keçirəcəksiz?

- Tovuzda təlim-məşq toplanışında olacağıq. Öz əvəzedici heyətimizlə oynayacağıq.

- 4 oyundur qələbə qazana bilmirsiz. Belə halda futbolçuları motivasiya etmək çətin olmur?

- Motivasiya baxımından elə bir problem yoxdur. "Zirə"yə qarşı yaxşı oynasaq da, məğlub olduq. Çempionatda belə 4-5 oyunluq seriyalar olur. İkinci dövrədə də bunu yaşamışıq. Qalib gələ bilməyəndə məğlub olmaq olmaz. Hər xal dəyərlidir. Futbolçular istəklidir.

- Tərlan Əhmədli ilk dəfə deyil ki, bu cür qol buraxır. Sanki, uzaqdan vurulan topları çıxarmaqda çətinlik çəkir...

- Oyundan əvvəl rəqib haqda çox danışmışdıq, təhlil etmişdik. Ən çox da Qomisin zərbələrinin üzərində çalışırdıq. Öncə gərək o zərbəyə imkan verməyək. Çox rahat şəkildə mərkəzə meyilləndi və zərbə vurdu. Epizodq baxdıq, bir az çətin top idi. Qapıçını qınamaq düzgün olmaz. Top son anda istiqamətini dəyişdi.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO