Xəbər lentiwidget-title-icon

AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə
Daha bir dövrün sonu
"Gəncə"də ayrılıq - RƏSMİ
Zamiq Əliyevin kubok arzusu puç oldu
14 yaşadək cüdoçular arasında ölkə birinciliyi başa çatıb
Şəhidlərin xatirəsinə boks turniri keçirilib

"Qarabağ"ın prezidenti: Klubumuz həmişə fərqli missiya daşıyıb” – AÇIQLAMA

“Hədəfimiz və məramımız dəyişmir. Bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Pressing.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Klub rəsmisi “Qarabağ”ın Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə məcburi köçkünlərin təsəllisi olduğunu və fərqli məsuliyyət, missiya daşıdığını bildirib:

“Qarabağ” həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz Qarabağ adını Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq. Komandamız üçün qazandığı nəticələrdən daha çox, meydanda göstərdiyi qələbə ruhu, mübarizə əzmi və sərgilədiyi xarakter önəm daşıyır. Elə qarşılaşmalar olub ki, biz məğlub olmuşuq, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı və sevgisi dayanır. Azərbaycan futbolunun liderinə çevrilən komandamız avrokuboklardakı nəticələri ilə həm azarkeşlərimizi sevindirib, həm də Qarabağ adını yüksək səviyyədə təmsil edib”.

Gözəl 1992-ci ildə baş vermiş Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb:

“Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 33 il ötür. Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımı Xocalıdan kənarda anırdıq. Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun qazandığı şanlı qələbədən sonra Qarabağ barədə qürurla danışa bilirik. Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Soyqırım gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır. Dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımda 63-ü uşaq, 106-sı qadın, 70–i yaşlı olmaqla 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan girov götürülüb. Bunları yaddan çıxara bilmərik. Bu, tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Həmin gecə yaşananları hər kəs düşünməli, biganə qalmamalıdır. Dünya dövlətlərinin Xocalıda baş verənlərə hüquqi qiymət verəcəyinə ümid edirik”.

Oxşar xəbərlər


Bütün xəbərlər

AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə