Xəbər lentiwidget-title-icon

Riad Rəfiyev beynəlxalq proqramı uğurla başa vurub – FOTOLAR
Azərbaycan parataekvondoçularından Türkiyədə 4 medal
Babək Quliyevə UEFA-dan yeni təyinat
Azərbaycan güləşçilərindən Estoniyada beş medal
29 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan qılıncoynadanından Daşkənddə bürünc medal
1/4 finalın daha iki oyunu keçirilib - Yüksək Liqa
“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - ABL
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi

"Qarabağ adı bizim üçün çox önəmlidir, təxribata qorxaqlıq kimi baxıram"

"Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdır. Futbolçularım ən yaxşısımı etməyə çalışacaq meydanda”.

Pressing.az
xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin “Hekken”lə matçından əvvəl keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Minlərlə insan Qarabağdan köçür. Bu, kluba necə təsir etdi?

- Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır.

- Avrokuboklarda məqsədiniz nədir?

- Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir.

- Necə oldu ki, uğurlu nəticələr əldə etdiz? Bunun arxasında dayanan nədir?

- Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin də, bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidir. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazı. Çünki razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib. Hansı ki, bunu bacarmamışıq. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı.

- Bu mövsümkü hədəf nədir?

- Dəfələrlə demişəm ki, qarşımızda elə hədəf yoxdur ki, mütləq qrupdan çıxmalıyıq və ya 1/8 finala kimi getməliyik. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşısı olmağa çalışırıq.

- "Qarabağ" uğuru ilə Qarabağ həqiqətlərini həmişə dünyaya çatdırıb. Hər zaman avrokubok oyununuzda təxribat baş verə bilər. Bu yaxınlarda Avropa mətbuatında da sabahkı matçda təxribat baş verə biləcəyi haqda xəbər çıxmışdı. Bu mənada, oyundan əvvəl komanda ilə bu haqda danışmısız?

- Bəli, belə hallar olub. Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu haqda söhbətimiz baş tutur. Çünki biz Azərbaycanı təmsil edirik və çalışmışıq ki, özümüzü klub intizamlı aparaq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdir. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə reaksiya verməli deyilik. Amma lazım olanda, reaksiya da veririk.

Oxşar xəbərlər


Bütün xəbərlər

Riad Rəfiyev beynəlxalq proqramı uğurla başa vurub – FOTOLAR
Azərbaycan parataekvondoçularından Türkiyədə 4 medal
Babək Quliyevə UEFA-dan yeni təyinat
Azərbaycan güləşçilərindən Estoniyada beş medal
29 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan qılıncoynadanından Daşkənddə bürünc medal
1/4 finalın daha iki oyunu keçirilib - Yüksək Liqa
“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - ABL
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO