"Qarabağ" "Kəpəz"lə qarşılaşır
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları
9-01-2025, 13:30

Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" bu gün qış fasiləsində ilk yoxlama oyununu keçirəcək.
Pressing.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Kəpəz"lə üz-üzə gələcək.
"Azərsun Arena"da baş tutacaq görüş saat 14:00-da start götürəcək.
Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında "Zirə" ilə qarşılaşacaq.
