Xəbər lentiwidget-title-icon

"Roma"da El Şaravi dövrü bitir - ÖZÜ AÇIQLADI
16 may: Bugünkü oyunları canlı yayımlayacaq kanallar - TV AFİŞA
"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Azərbaycanın 5 güləşçisi yarımfinalda
Ançelotti ilə bağlı qərar - RƏSMİ
Çempionluq oyununa hakim təyinatları açıqlanıb

Qurban Qurbanov: "Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz"

"Qarabağ" UEFA Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində Bakıda Fransanın "Lion" klubunu qəbul edəcək.

Pressing.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi, oyunçuların fərdi bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabah oyunboyu diqqətli olaq. Bu, çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək.

- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?

- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından razıyam.

- "Lion" maddi və mənəvi cəhətdən çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?

- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də, kimin meydanda olması da bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir, belə böyük klublarda maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Təcrübəmiz onu göstərir. Hansı ki, hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə olduğu halda, 1-2 futbolçusunu başqa kluba satırlar, problemləri həll olunur. Oyunçularının dəyəri yüksəkdir. Belə fikirlərlə bu oyuna yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Belə düşüncələr olduqda qələbəyə göz yumulur. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Bu problemlər sadəcə söz-söhbətlərdir.

- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, oyun ərzində hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər matçlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni qaydada yanaşma olacaq?

- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirməliyik. İstənilən rəqibin öz oyununu oynamaması üçün onlara mane olmalı, üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər zaman oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

- "Lion"u hansı xüsusi keyfiyyətlərə görə təəccübləndirəcəksiz?

- Rəqib haqda çox məlumat verməyi çox xoşlamıram. Sadəcə futbolçularıma məlumat verirəm. Bayaq dedim ki, çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifafdə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

"Roma"da El Şaravi dövrü bitir - ÖZÜ AÇIQLADI
16 may: Bugünkü oyunları canlı yayımlayacaq kanallar - TV AFİŞA
"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL