"Sabah"ın rəsmisinə 6 oyunluq cəza » Pressing.Az
"Sabah"ın rəsmisinə 6 oyunluq cəza
Azərbaycan Futbolu 3-10-2024, 11:06

AFFA İntizam Komitəsi "Sabah"ın inzibatçısı Aslan Surxayzadə barədə cəza qərarı verib.

Pressing.az xəbər verir ki, bu gün İntizam Komitəsinin iclası keçirilib. İclasda "Sabah"ın rəsmisi barədə də cəza tədbiri görülüb.

Qərarda qeyd edilib ki, Gənclər Liqasında keçirilən "Sabah" - "Qarabağ" görüşündə A.Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılıb.