Xəbər lentiwidget-title-icon

Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO
Küçə meydançalarından dünya səhnəsinə – "Red Bull Four2Score" dünyanı fəth edir
Ayxan Abbasov: "Amma bu oyun bizə siqnallar verdi"
“Bu, yeni yolun başlanğıcıdır” - Cahangir Fərəcullayev
Elvin Cəfərquliyev FİFA seriyası turnirinin ən yaxşı oyunçusu seçildi
Azərbaycan yığması FİFA seriyasının qalibi oldu

"Generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq" - Şahin Diniyev

"Səbail" klubu Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Dİniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər.

- Sizə nə qədər vaxt lazımdır ki, komanda tam oturuşsun?

- Vaxtdan çox daha çox çalışmaq lazımdır. Vaxıtmız yoxdur, hər gün işləməliyik. "Zirə" ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm, 4-5 oyun. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var.

- Aleksander Ramalinqomun gedişindən sonra sırf hücumçu sanki görünmür. Transfer edəcəksiz?

- Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Boali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan "Səbail" gördük. "Qarabağ"a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan "Səbail" olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan "Səbail" görməyəcəyik.

- Bu oyun həm "Neftçi", həm də "Səbail" üçün vacib idi. Bu bir xal sizə, yoxsa "Neftçi"yə yaradı?

- Biz udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə bir az yaxın olan biz idik. Epizodlarımız var idi. "Neftçi" - "Turan Tovuz" matçına baxdınız. O oyunun keyfiyyəti və bu oyunun keyfiyyəti... Özünüz baxın. İki cür məqşçi olur. Biri sırf nəticə üçün oynayan, digəri yaxşı futbol oynadan. Bəlkə də "Zirə" ilə görüşdə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma mən futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur. Ona çatmaq çətindir.

- Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi...

- Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına düşmürdü ki, kapitanlıq ondadır.

- Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir? Narazı görünürdüz..

- Məşqçi görmüsüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun ipini buraxmırdı. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO