Xəbər lentiwidget-title-icon

Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə

"Qarabağ"ın marketinq rəhbərliyi Qurban Qurbanovun əleyhinə işləyir? – REPLİKA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində sabah doğma meydanda "Kəpəz"i sınağa çəkəcək.

Ağdam təmsilçisi hər zaman olduğu kimi, bu matç üçün də xüsusi afişa hazırlayıb. Lakin posterdəki foto diqqətləri çəkib. Belə ki, "qara-göylər"in marketinq xidməti afişanı Elvin Cəfərquliyevin fotosu ilə paylaşıb. O Elvin Cəfərquliyev ki, ilk turda "Araz-Naxçıvan"la keçirilən oyunda da (4:1) "ənənəsi"nə sadiq qalara qırmızı vərəqəylə meydandan qovulub.

Ümumiyyətlə, bu oyunçunun adı tez-tez etdiyi intizamsızlıqlara görə Azərbaycan futbol ictimaiyyətində beddamdır. Xislətindən əl çəkə bilməyən Elvin bunu mövsüm başlar-başlamaz da sübut etdi.

Xülasə, indi "Qarabağ" bu afişanı paylaşmaqla nəyə eyham vurur? Burada iki versiya var. Ağdam təmsilçisi ya futbolçuya mənəvi dəstək olur, ya da Cəfərquliyevi tənqid edən böyük bir kütləyə "Susun!" deyir.

"Qarabağ"ın marketinq rəhbərliyi sanki bununla Qurban Qurbanovun da əksinə gedir. Təcrübəli mütəxəssisin əlinin altında intizamsızlıq baxımından "rəndələnə" bilməyən futbolçuya edilən bu dəstəyə başqa nə cür şərh vermək olar?

Hələ xatırlayırsınızsa, Elvin Cəfərquliyev 2022/23 mövsümündə oyundan sonra fanatla əlbəyaxa olduğuna görə polis bölməsinə də aparılmışdı. Lakin bu barədə klub tərəfindən heç bir açıqlama verilmədi və məsələ beləcə ört-basdır edildi.

Böyük azarkeş kütləsinin, futbol ictimaiyyətinin qarşısında hər şeyin üzərindən keçərək "günah keçisi"nə bəraət qazandırmağa qeyri-peşəkarlıqdan başqa ad vermək çətindir.

"Qarabağ"ın marketinq rəhbərliyi Qurban Qurbanovun əleyhinə işləyir? – REPLİKA

Oxşar xəbərlər


Bütün xəbərlər