"Kəpəz"dən Tural Rzayev qərarı » Pressing.Az
"Kəpəz"dən Tural Rzayev qərarı
Azərbaycan Futbolu 18-07-2024, 15:03

"Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Pressing.az xəbər verir ki, "sarı-göylər" Tural Rzayevlə anlaşıb. Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə komanda arasında "1+1" illik sözləşmə imzalanıb.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.