"Səbail"da daha bir müqavilə » Pressing.Az
"Səbail"da daha bir müqavilə – RƏSMİ
Azərbaycan Futbolu 6-06-2024, 10:04

"Səbail" klubu yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.

Pressing.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Rüfət Abdullazadə ilə 2 illik müqavilə imzalayıb. Bu bayədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi komandanın heyətində ötən mövsüm Premyer Liqada 35 oyunda (2015 dəqiqə) meydana çıxıb, 6 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb.