“Neftçi” – “Kəpəz” matçının biletləri satışda » Pressing.Az
“Neftçi” – “Kəpəz” matçının biletləri satışda
Azərbaycan Futbolu 8-05-2024, 09:00

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Neftçi” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Pressing.az
xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri iticket.az-a daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“Neftçi” – “Kəpəz” qarşılaşması 10 may tarixində, saat 19:00-da start götürəcək.