Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Sumqayıt" "Qarabağ"a, "Neftçi" "Turan Tovuz"a, "Kəpəz" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Pressing.az
xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçirilib.

Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə başa vuracağı rəsmiləşib və reqlamentə görə komanda elitanı tərk etməlidir. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. "Kəpəz" isə xallarını 34-ə çatdırıb və ən azı bir günlük də olsa, "Araz-Naxçıvan"ı qabaqlayaraq 8-ci yerə yüksəlib.

Turun digər görüşündə "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatb - 3:0.

Günün son qarşılaşmasında 28-ci turda çempionluğu rəsmiləşdirən "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu qələbədən sonra xallarını 50-ə çatdıran Samir Abasovun komandası "Zirə"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Ancaq "Zirə"nin sabah "Araz-Naxçıvan"la oyunu var.

28 aprel (bazar)

20:00. “Sumqayıt” –“ Qarabağ” - 1:0

Qol: Roi Kehat, 70
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.H. adına Sumqayıt şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz” - 3:0

Qol: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70-pen.

Qırmızı vərəqə: Bruno Qonçalves, 62 ("Turan Tovuz")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”

15:30. “Qəbələ” – “Kəpəz” - 0:1

Qol: Martins Junior, 7

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu


29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər