Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. "Neftçi"yə uğurlar arzulayıram".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı baş tutan görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

- Yayda edə biləcəklərinizi indidən sınaqdan keçirməyi düşünürsüz?

- Böyük dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyin tərəfdarı deyiləm. Sadəcə oyunun gedişatında əlavə kombinassiyalar, əlavə rotasiyalar edirik. Amma çox da futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq. Qarşıda əlavə nəsə etmək istəsək, istifadə edəcəyik.

- Andrey Lunyov komandada qalacaq?

- Burada hansısa problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardandır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm.

- İki oyuna "Neftçi"yə 8 qol vurdunuz. Kənardan elə görünürdü ki, "Qarabağ"ın oyunçuları meydanın mərkəzindən keçərək daha baxımlı qol vurmaq istəyirdi...

- Rəqib hansı zonadan daha çox imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Meydanın mərkəzindən daha tez hücuma keçmək oyunumuzun elementlərindən biridir. Çox keyfiyyətli olur. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bugünkü futbol bunu çox tələb edir.

- Musa Qurbanlının "Qarabağ"a qayıtmaq ehtimalı var? "Yurqorden"də çox da oynamır...

- Hələ ki, müzakirə mövzusu deyil. İsveçdə ilk dövrə yeni başlayıb. Bizim fikrimiz sırf qarşıdakı oyunlara yönəlib. Transfer pəncərəsi gələndə, başqa transferlər də müzakirə mövzusu olacaq. Ondan sonra nəsə demək olar.

- Son günlər yeni mövsüm Premyer Liqada klub sayının artırılacağı gündəmdədir. İK-nin üzvü kimi sizin fikriniz necədir?

- Bəlkə burada nəsə fikir bildirmək yanlış olar. Əvvəl də demişdim ki, klub sayının artması mütləq lazımdır. Amma ondan da vacibi keyfiyyətdir. Məsələn, say artdı, amma birinci dövrənin ortasında komandanın stadionu, imkanı, bazası, şəraiti olmayacaqsa, böyük problemlərlə üzləşə bilərik. İşi görürüksə, keyfiyyətli görməliyik. Tam ətraflı məlumatım yoxdur. Hər bir halda tərəfdarıyam ki, komanda sayı çoxalsın. Onda azarkeş sayı da çoxalacaq, futbola sevgi artacaq. Komanda sayının artmasından öncə bəzi elementlər haqda mütləq düşünmək lazımdır. Əgər belə şey müzakirə olunacaqsa, tərəfdarı olacam ki, komanda sayı artırılsın.

- Türkiyə mətbuatı "Beşiktaş"ın baş məşqçi postuna ən real namizəd kimi sizi göstərir...

- Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Normal prosesdir. "Qarabağ"dayam, bu kluba bağlıyam. Məncə, özümüz də az müzakirə etsək, daha yaxşı olar. Ay yarımdır gah o klub, gah bu klub... Bu cür fikirlərdən uzaq olmağa çalışıram. Həmişə xoşlamışam ki, qərar qəbul olunsun və ondan sonra fikir bildirim. Sizə həqiqi məlumatı çatdırım. Yoxsa, biri ordan, biri burdan... Çox da ucuzlaşdırmaq lazım deyil. Bu gün "Qarabağ"dayam və bu klub haqda düşünürəm. Burada daha da böyümək, daha da yaxşı nəticələr vermək lazımdır. Azərbaycan futbolu haqda daha çox düşünmək gərəkdir. "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm.

- Türkiyə mətbuatı sizi müzakirə edir...

- Sağ olsunlar. Bu mənim yox, Azərbaycan futbolunun tanınması, futbolumuza marağın artması deməkdir. Qardaşlarımıza ancaq təşəkkür edə bilərik.

- Finalda Rəşad Sadıqovla üz-üzə gələcəksiz. Buna müəllim-şagird qarşılaşması demək olar?

- Meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq. Amma aramızda müəllim - şagird söhbəti olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq.

- İcraiyyə Komitəsininin üzvü kimi cavab verərdiz. Milli komandanı uğura yerli, yoxsa xarici məşqçi apara bilər?

- Burada tək fikir bildirməyim düzgün olmaz. İlk iclasımızda bu haqda müzakirəmiz olmadı. Amma eşitdiyim qədərilə bu məsələ həll olunub. Böyük ehtimalla, danışıq aparılan məşqçilər var və bildiyim qədərilə legionerdir. Sizdə nə məlumat varsa, məndə də odur. Burada ayrıca fikir bildirməyim düzgün olmazdı. Bəlkə İK-nin üzvü olmasaydım, daha rahat fikir bildirərdim.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar