Xəbər lentiwidget-title-icon

Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub
Azərbaycan Qran-prisində sərbəst yürüşlər keçirilib
"Sumqayıt"da daha bir basketbolçu
David Alabanın yeni klubu - RƏSMİ
“Araz-Naxçıvan” 2 yoxlama matçı keçirəcək
Azərbaycan yığması Dünya Seriyasının final mərhələsində yarışacaq
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
İsgəndər Cavadova daha bir təbrik PFL-dən gəldi
“Neftçi” də İsgəndər Cavadovu təbrik edib
24 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Sonuncu pillələrdə qərarlaşmaq bizə və kluba yaraşmır"

"Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki, onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq. Amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı "Qəbələ" görəcəyik".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turunun "Turan Tovuz"la(4:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Fasilədən sonra iki sürətli əsk-hücumlardan sonra qol vurdunuz. Bu, ilk yarıdan sonra paltardəyişmə otağında futbolçulara verdiyiniz tapşırıq idi, yoxsa necə?

- Desəm ki, onun üzərində işləmişdik, xeyr. Amma o da işlədiyimiz elementlərdən biridir. Hücumameyilli oyunçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq. Bu oyunda alındı.

- Bilal Auaşeriyanı bu gün fərqli mövqedə, hücumda oynatdınız. Bu qərarınızı necə şərh edərdiz?

- Desəm ki, Bilal sırf 9 nömrədir yalan danışmış olaram. Universal futbolçudur. Üç mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi, Bilalın sırf hücum kimi oynaması da onun tərkib hissələrindən oldu.

- Bu variant uğurlu alındısa, növbəti matçlarda da istifadə edəcəksiz?

- Ola bilər ki, qardaşıkı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilal, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.

- Tam görmək istədiyiniz "Qəbələ" bu idi?

- Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Onlardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq.

- Bu cür futbol oynayan komanda necə olur ki, turnir cədvəlinin son pillələrində qərarlaşır?

- Bu sualı cavablandırmağa çalışsam, iki gün oturub danışmaq lazım olacaq. Futbol çox sadə və mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq. Ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, "Qəbələ" artıracaq. Bizə və kluba sonuncu pillələrdə qərarlaşmaq yaraşmır.

- "Qarabağ"a qarşı matçda taktikanıza sadiq qalacaqsız, yoxsa müəyyən dəyişikliklər olacaq?

- Öz oyun planımız var. Bilirik ki, "Qarabağ" çempionatımızın hegemonudur. Bu komandaya qarşı da komandanı hazırlayıb, uğurlu nəticəyə köklənəcəyik.

- Bu gün "Qəbələ" ev oyununa səfər formasında çıxmışdı. Bu da uğursuzluğun qarşısını almaq üçün atılmış addım idi?

- İki formamız var, biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər.

Oxşar xəbərlər

Bütün xəbərlər