Millimizin rəqibləri müəyyənləşdi
Azərbaycan Futbolu
8-12-2022, 13:49

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Pressing.az xəbər verir ki, yığma Niderland, Bosniya və Herseqovina, Lüksemburqla birlikdə 11-ci qrupda yer alıb.
Bu qrupun oyunları 2023-cü il 15-18-21 noyabrda Lüksemburqda keçiriləcək.
