Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

MOİK-in baş məşqçisi: "Çalışırıq ki, Premyer Liqaya vəsiqə qazanaq"

I Liqanın II turu çərçivəsində evdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edərək liderliyə yüksələn MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Pressing.az-a müsahibə verib:

- Qələbə qazanaraq liderliyə yüksəldiniz. Başlayaq oyunla bağlı fikirlərinizdən...

- Gözlədiyimiz kimi, ağır oyun oldu. "İmişli" yaxşı komandadır, yaxşı futbolçuları var. Biz də sona qədər vuruşduq, mübarizə apardıq, komandam qələbəyə layiq idi. Hər iki komanda layiq idi, sadəcə, biz ələ düşən imkandan daha yaxşı istifadə etdik.

- Əsgər müəllim ("İmişli"nin baş məşqçisi Əsgər Abdullayev bildirib ki, onlar daha üstün futbol oynadılar...

- O epizoda görə olurdu. Elə epizod olurdu ki, rəqib üstün görünürdü, elə məqam olurdu biz. Ümumi götürsək, bərabər səviyyəli oyun getdi, fərq görünmədi.

- Əvvəlki I Divizionda hazırkı I Liqa arasında fərq varmı?

- Çox böyük fərq var. Hazırda liqanın səviyyəsi daha yaxşılaşıb, keyfiyyətli futbolçuların sayı daha da artıb. Əvvəl limitə görə məcbur olub daha çox cavan futbolçuları oynadırdın. İndi amma peşəkar futbol oynamış futbolçuların da xidmətindən istifadə edə bilirsən. Belə daha maraqlıdır.

- Komandanın rəisi Rauf Orucov oyundan sonra soyunub-geyinmə otağına gəldi. Sirr deyilsə, nə dedi, ümumiyyətlə, komandanın qarşısına qoyulan hədəf nədir?

- Komandanı təbrik elədi, komandaya inandığını bildirdi, komandanın yanında olacağını dedi. Hədəfimiz isə ilk "üçlüy"ə oynamaqdı. Qismət olar çempion olarıq, olmaz da dediyim kimi, ilk "üçlüy"ə düşməyə çalışacayıq.

- Artıq aşağıdan yuxarı komanda yüksəlir, bundan başqa, klublara dövlət tərəfindən maliyyə dəstəyi də olunur, I Liqada 300 min alırsınız, Premyer Liqaya çıxsanız 3 milyon alacaqsınız. Bu amillər sizə əlavə motiovasiya verir?

- Əlbəttə. Məhz buna görə biz də çalışırıq ki, daha yaxşı nəticə göstərək, çempion olaq, Premyer Liqaya vəsiqə qazanaq. Bu, həm futbolçular, həm də məşqçi kimi bizlər üçün daha yaxşı, daha vacib olardı.

- Əlinizdəki heyət bunun üçün yetərlidir, yoxsa düşünürsünüz ki, güclənməyə ehtiyac var?

- Yox, yeni transferə ehtiyac var, çünki ehtiyat oyunçular skamyamız qısadı. Üstəlik, mövsümün gedişində zədələr, vərəqələr olacaq. Bu mənada yeni futbolçularla güclənmək mütləqdi. Görək, gələn turlara kimi azad agent statuslu hansı futbolçunu tapırıq.

- Legioner olmayacaq?

- Yəqin ki, olmayacaq. Çünki azərbaycanlı futbolçuların xidmətindən istifadə etmək istəyirik.

Elsəvər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər