AFFA-da kütləvi ixtisarlar: Daha 7 şəxs işdən çıxarılır
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında kütləvi ixtisarlar reallaşır.
Belə ki, qurumun Media departamentində çalışan ümumilikdə 7 nəfər işdən çıxarılacaq.
Pressing.az-a daxil olan informasiyaya görə, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin struktur dəyişikliyi siyasətinə əsasən, sözügedən departamentdə çalışan 7 nəfərlə yollar ayrılacaq. Onların arasında uzun illərdir ölkənin bir nömrəli futbol qurumunda çalışan şəxslər də var.
İxtisarların davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün Sport1.az saytında AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovun da işdən çıxarılacağına dair xəbərlər yayılıb.
Pressing.az