Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“İmişli” PFK məşqçilər korpusuna UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənovu cəlb edib.
Pressing.az xəbər verir ki, o, köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.
Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.