“Araz-Naxçıvan”ın hazırlıq planı açıqlanıb
“Araz-Naxçıvan” klubu yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq.
Pressing.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ilk üç gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər.
Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.
Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” üç oyunda gücünü sınayacaq. Komanda iyulun 24-də “İmişli”, 31-də isə “Şəfa” ilə qarşılaşacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.
Avqustun ilk iki günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və dörd gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.
Bütün hazırlıq prosesi Bakıda keçiriləcək.