Xəbər lentiwidget-title-icon

KL: "Qarabağ" "Dinamo"ya qarşı

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar müəyyənləşəcək.

Pressing.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.

13 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna)


Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun - 0:1

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər