Azərbaycan millisi Avropa çempionatı öncəsi bütün oyunlarda qalib gəldi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.
Pressing.az xəbər verir ki, Faiq Qarayevin komandası Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan - Belarus 3:1 (25:17, 24:26, 25:17, 25:14)
Azərbaycan - Belarus 3:1 (25:14, 25:19, 24:26, 25:15)
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib və bütün görüşlərdə qələbə qazanıb.