Xəbər lentiwidget-title-icon

Azərbaycan kubokuna start verilib
“Sabah”ın rəqibində itki
MLS-in ən yaxşısı o oldu
Yüksək Liqada mövsümə start verilib
"Barselona" Bakıdadır
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
UEFA-dan “Sabah”ın futbolçusuna cəza
"Şəmkir" və "Marafon"dan qələbə - İkinci Liqa
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
“Sabah” və “Barselona”nın açıq məşqinin vaxtı bilinib
Yamalsız da “Barselona”dır... – YAZI
Kamal Umudluya UEFA-dan növbəti təyinat
"Barselona" "Sabah" üçün ən uzun məsafəni qət edəcək
Murata "Sumqayıt"a lazım olmadı - RƏSMİ
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlanıb
SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
İkinci Liqada tura yekun vurulur
Davit Volkovun "Zirə"də 50-ci qolu
"Neftçi"dən qələbə - ABL
Premyer Liqamızda yeni tamaşaçı rekordu
Azərbaycan boksçuları Avropa çempionatının yarımfinalında
Renat Dadaşovun komandası qələbə qazandı
Gəncədə əla atmosfer, qolsuz oyun - VİDEO
"Az qol buraxmağımızın səbəblərindən biri odur ki..." - Azər Məmmədov
“İmişli”nin baş məşqçisi təyin olundu

"Məktəbli Kuboku" yekunlaşıb

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin qalibləri müəyyənləşib.

Pressing.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların final oyunları keçirilib.

Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçirilib. Hər yaş qrupunun finalında məğlub olan komanda gümüş medal, qaliblər isə qızıl medal və kubokla təltif olunublar.

Bundan başqa, fərdi mükafatlar da verilib. 5-ci sinif qızlarda Nurgül Əhmədzadə (Nəsimi) ən yaxşı qapıçı, Zəhra Vəlizadə (Naftalan) ən yaxşı oyunçu, 5-ci sinif oğlanlarda Raul Hacıyev (Şəmkir) ən yaxşı qapıçı, Murad Tağıyev (Suraxanı) ən yaxşı oyunçu, 7-ci sinif oğlanlarda Muhiddin Muradov (Zaqatala) ən yaxşı qapıçı, Umut Arslanov (Saatlı) ən yaxşı oyunçu seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.

"Məktəbli Kuboku". Final oyunları

5-ci sinif qızlar (final)

Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi (3:2)

5-ci sinif oğlanlar (final)

Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi - Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi (3:2)

7-ci sinif oğlanlar (final)

Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi (2:1)

Oxşar xəbərlər