Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...

Rəşad Sadıqov: “Bizim üzərimizdə daha çox təzyiq var”

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov “Sabah”la Bizon Azərbaycan Kubokunun final oyunundan öncə baş tutan mətbuat konfransında öz fikirlərini bölüşüb.

Pressing.az xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:

“Sabah bizi olduqca önəmli oyun gözləyir. Könül istərdi ki, hazırlaşmağa daha çox vaxtımız olsun. Müəyyən gərginliyimiz, yorğunluğumuz var. Lakin sabah ən yaxşı oyunlarımızdan birini keçirtmək istəyirik. Bizi necə bir sınaq gözlədiyinin fərqindəyik. İnşallah, əlimizdən gələni edəcəyik. Oyun planımız, məqsədimiz var. Çalışacağıq ki, bunu tətbiq edək və qalib biz olaq.

Əvvəlki illərdə də finalda çempionatın favoritləriylə qarşılaşmışıq. Bizim üzərimizdə daha çox təzyiq var, çünki itirəcəyimiz çox şey var. “Sabah” artıq çempion olub. Bəlkə də, sabahkı oyun bizim üçün son şansdır.

Elə bir vəziyyət yaranıb ki, məğlubiyyətimiz dörd komandaya sərf edir. Bu, bizdə neqativlik yaratmır. Biz başa düşürük ki, nə qədər önəmli oyuna çıxırıq.

Oyunöncəsi mətbuat konfransında bəzi sualları açıq şəkildə cavablamaq olmur. Lakin oyunda sürpriz olmayacaq. Rəqib həmişəki güclü oyununu göstərəcək. Amma biz də çalışacağıq. Yaxşı, baxımlı oyun oynamağımızı istəyirəm. Matçın necə keçəcəyini sabah daha yaxşı görəcəyik”.

Baş məşqçi “İmişli” ilə oyunun yorğunluğundan da danışıb:

“Kubokla bağlı həmişə başımıza maraqlı şeylər gəlir. Neçə ildir ki, kuboka 1/8 finaldan başlayırıq. Meydançanın vəziyyəti, palçıq, su, yorğunluq…

Valdas Dambrauskasa qarşı hansısa bir aqressiyam yoxdur. Mənə xoşdur ki, çempionatımızda belə bir məşqçi var. Amma istəyərəm ki, eyni şərtlər altında çıxış edək.

Penalti seriyasına hazırlaşmışıq. Cənab Dambrauskasın yerində olsaydım, mən də penaltilərə hazırlaşmazdım. Çalışardım ki, 90-cu dəqiqədə oyunu sonlandırım.

Hər şeyə rəğmən, futbolçularıma təşəkkür etmək istəyirəm. Onlarla qürur duyuram, sona qədər yarışın içində oldular. Sabahkı nəticədən asılı olmayaraq, 6 ildir ki, belə güclü heyətlərə qarşı göstərdikləri əzmkarlığa görə onlara təşəkkür edirəm.

Komandada müəyyən problemlər var. Xüsusilə, Hacıağa Hacılıda zədə problemi var. Çox güman ki, sabahkı oyunda iştirak ərizəsində olmayacaq. O, az iştirak etməsinə baxmayaraq, bizim üçün çox önəmli oyunçudur. Ümumən, aprel-may ayının yorğunluğu var. Amma istəyirik ki, uğurlu tərəf biz olaq”. (komanda.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə