Xəbər lentiwidget-title-icon

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında
MPL: "Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
Azərbaycanın atletika nümayəndələri beynəlxalq konfransda iştirak edib
Roderik Miller: "Turan Tovuz"un adını yüksəklərdə saxlamaq üçün döyüşəcəyik" – AÇIQLAMA
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - VİDEO
"Turan Tovuz" "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."
“Gəncəbasar”da yeni prezident
"Ayın qolu"nun müəllifi mükafatlandırılıb
Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı
Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti - SİYAHI
AMF Azərbaycan millisinin baş məşqçisini təbrik edib
AFFA 8 komandaya texniki məğlubiyyət verib
MPL: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Bu futbolçu "Sabah"dan ayrıldı - SON DƏQİQƏ!
Azərbaycan gimnastları Dünya çempionatında mübarizəni davam etdirirlər

"Qarabağ"dan ənənəvi taktika: "Sabah"ın əsas futbolçuları hədəfdə – ÖZƏL

"Sabah" və "Qarabağ" arasında rəqabət daha da artmaqdadır. Bu da ölkə futbolunun inkişafı üçün, əslində, yaxşı amildir.

Son illərin dominant komandası olan "Qarabağ" əsas rəqibi “Sabah”ın aparıcı üzvlərini hədəfə alıb.

Pressing.az-a daxil olan informasiyaya görə, "Bayquşlar"ın iki aparıcı üzvü "Qarabağ" tərəfindən yaxından izlənilir. Ağdamlıların məqsədi təkcə heyəti gücləndirmək deyil, həm də birbaşa rəqibin özəyini zəiflətməkdir.

Baş məşqçi Qurban Qurbanov üçün bu yanaşma yad deyil. O, daha əvvəl də rəqib komandaların lider futbolçularını heyətinə qatmaqla fərq yaratmağı bacarıb. Hətta iki mövsüm öncə Murad Musayevin rəhbərlik etdiyi "Sabah" da bu şəkildə "zəiflədilmişdi". Buna ən bariz nümunələrdən biri Aleksey İsayev və Aleksey Kaşuk transferləridir.

Kaşuk məsələsi uzun müddət müzakirə mövzusu olmuşdu. Futbolçu bir müddət klubsuz qaldıqdan sonra Bakıya gəlmişdi. O, keçmiş komandası “Sabah”ın bazasında məşq edir, hətta klub rəhbərliyinə Avropadan – İtaliya və ya İspaniyadan təklif alacağı təqdirdə, xaricə üz tutacağını bildirirdi. Kaşuk Avropaya üz tutmayacağı halda, "Sabah"la kontrakt bağlayacağını klubun rəhbəri Maqsud Adıgözəlova bildirmişdi. Lakin hadisələrin inkişafı fərqli oldu.

Kaşukun klub rəhbərlərinə həmin sözlərindən cəmi iki gün sonra onun "Qarabağ"a xəbərsiz keçidi “Sabah” rəhbərliyi, xüsusilə də klubun əsas simalarından biri olan Maqsud Adıgözəlov üçün ciddi məyusluq yaratmışdı. Bu transfer həm də “Qarabağ”ın rəqiblərinə qarşı psixoloji üstünlüyü idi.

“Ağdamlılar”ın maraq dairəsində olan digər futbolçulardan biri isə Coy-Lens Mikels olmuşdu idi. Klub oyunçu ilə danışıqlarda xeyli irəliləmişdi, lakin son anda futbolçu ərəblərdən gələn yüksək məbləğli təklifi üstün tutmuşdu.

Bütün bu faktlar göstərir ki, "Qarabağ" yenə də sınanmış strategiyasını işə sala bilər. Əgər “Sabah”ın aparıcı futbolçularının transferi reallaşarsa, bu, təkcə heyət gücləndirməsi yox, həm də birbaşa əsas rəqibə ciddi zərbə kimi qiymətləndiriləcək.

Pressing.az

Oxşar xəbərlər

Bütün xəbərlər