MPL: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək.
Pressing.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun mərkəzi matçlarından biri "Azersun Arena"da olacaq. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək. "Qarabağ" hazırda 19 xalla 3-cü, "Turan Tovuz" isə 18 xalla 4-cüdür. Komandaların turnir cədvəlindəki mövqeyi matça marağı bir qədər də artırır.
Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edəcək.
Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.
6 noyabr (cümə)
18:00.“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
“Azersun Arena"
20:00.“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
“Palms Sports Arena”