Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasından ardıcıl üçüncü qələbə!
Valdas Dambrauskas: "Əminəm ki, komandam bunun öhdəsindən gələcək"
Rəhim Həsənov "Turan Tovuz"un qolunun sayılmamasını TƏSDİQLƏDİ
"Hapoel"in baş məşqçisi: "Sabah"ın təhlükəli futbolçuları var"
Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib
Niderland yığmasından Bakıda ikinci qələbə
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubuna keçdi
Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi
Fabinyo da “Trabzonspor”da - RƏSMİ
Azərbaycan yığmasına seçimlər davam edir
“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” - Ayxan Abbasovla GENİŞ MÜSAHİBƏ
Azərbaycan çempionatlarında 39-cu qapıçı
“Neftçi”nin 300-cü ev qələbəsi
“Sabah”ın oyununa 20 min bilet satıldı!
"Neftçi"dən darmadağın - VİDEO
“Kəpəz” – “Gəncəbasar” oyununda 6 qol
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
Azərbaycan güləşçilərindən DÇ-nin son günündə 2 medal
"Turan Tovuz" - "Şamaxı" oyununda bərabərlik - VİDEO
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
"Neftçi"dən darmadağın, Tovuzda "sülh" - YENİLƏNİB
Kurban Berdıyev: "Hamı qol olduğunu gördü, hakim görmədi”
AÇ: Azərbaycan millisindən növbəti qələbə

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

"Şamaxı" klubu Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, amma futbolçumuz, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Amma futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq".

- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?

- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə yüksəlmək istəyirik.

- Komandanın kubokda hansısa bəlli hədəfi var?

- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur da. Mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.

- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şanslarınız nə qədərdir?

- Yenə də favorit "Qarabağ"dır.

- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır?

- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. 60-cı dəqiqədən sonra digər cinahı görməyə çətinlik çəkirdik. Ola bilər ki, tribunadan baxanlar çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü.

- Növbəti həftədə də "Qarabağ"la oynayırsız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınmasıüçün müraciət etmək istəyərsiz?

- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, təxirə salınmadı matç. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.(sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər