Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim" - "Sumqayıt"ın məşqçisi

"Sumqayıt" klubu Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Şahin Abdullayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürdük ki, "Neftçi"də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxladıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi.

- Nadir Orucov və Aleksandr Ramalinqomun start heyətdə yer almaması dediyiniz planla bağlı idi?

- Nadir oyunun ən yaxşılarından biri idi. Meydana girəndən sonra özünü çox yaxşı tərəfdən göstərdi. Təcrübə baxımından "Neftçi" kimi komandaya qarşı səfər oyununda onu start heyətində oynatmağa risk etmədik. Ramalinqomu isə plan üzrə ehtiyatda saxlamışdıq.

- Ardıcıl 3-cü oyundur ki, "Sumqayıt"ın texniki zonasında gərginlik yaranır. Bu aqressiyanın səbəbi nədir?

- Sırf aqressiya olduğunu deməzdim. Ötən matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik.

- Saşa İliç fasilədə hansı göstərişləri verdi?

- Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqqçi fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək. Deməzdim ki, ikinci hissənin əvvəlində bunu bacardıq. Ninkoviç meydana ngirəndən sonra oyunumuz daha yaxşı alındı. Çünki o top saxlamağı bacarır, oyunun tempini qaldırıb aşağı salır. 60-cı dəqiqədən sonra oyunu ələ ala bildik.

- İkinci oyundur ki, qapıda Xəyal Fərzullayev dayanır. Bunun səbəbi nədir?

- Ötən turun oyunundan əvvəl Mehdi Cənnətovun boynu ağrayırdı. Məşqçidən xahiş etdi ki, onu oynatmasın. Xəyal da var, üçüncü qapıçımız da var. hamıı şans qazana bilər. Xəyal ötən matçda yaxşı təsir bağışladı. Qapıçı məşqçisi ilə də danışandan sonra ona şans verdik.(sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər