Xəbər lentiwidget-title-icon

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"
Azər Məmmədovdan qələbə şərhi
"Arsenal"da yeni müqavilə
"Sumqayıt" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
“Qarabağ”ın əvəzedicilərindən qələbə
"Gəncə"də yeni müqavilə

Azər Həşimov: "Heç nə bitməyib"

"Karvan-Yevlax" klubu Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Həşimov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq.

- Azarkeşlər oyunun sonunda sizi istefaya çağırdılar. Buna münasibətiniz necədir?

- İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ ki heç nə deyə bilmərəm.

- Vüsal Məsimovu əvəzləmək istədiz, amma o meydandan çıxmadı. Məşqçilər korpusu 25 yaşlı futbolçuya sözünü keçirə bilmirsə, digər oyunçulara necə keçirə bilər?

- "Araz-Naxçıvan"la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin.

- Sizin dediklərinizlə meydanda gördüklərimiz üst-üstə düşmür. Həmin epizoddan bir neçə dəqiqə sonra Vüsal texniki zonaya yaxınlaşıb "mən çıxmayacam" dedi...

- İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur.

- "Kəpəz" Premyer Liqada qalmaq mübarizəsində əsas rəqibinizdir. Bununla belə Yevlax şəhər stadionunda onların oynamasına razılıq verilib. Bu nə dərəcədə düzgündür?

- Buna mən qərar verməmişəm. Rəhbərliyə aid olan sualdır. Suala cavab verə bilmərəm.

- Sizcə, bu gün niyə uduzduz?

- Penalti epizodunda futbolçular bir az diqqətsiz yanaşdılar. Rəqibin də, bizim də qol imkanlarımız oldu.

- "Kəpəz", "Karvan-Yevlax" və "Qəbələ" Premyer Liqanı tərk etməyə namizədlər kimi görünür. Sizcə, bu üç komandanın içində zəif bənd kimdir?

- Bu mövsüm mənim Premyer Liqada debütümdur. Bizim çətinliklərimiz çox olub. Deyərdim ki, hamısının şəraiti bizdən yaxşı olub. Meydança problemimiz var idi. İki həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi məşqçidə görür.

- Doğma meydanda məğlubiyyətlər davam etdikcə təzyiq çox olacaq. Bu haqda nə deyə bilərsiniz?

- Bu, futbolun bir hissəsidir. Mətbuat da, azarkeşlər də təzyiq edə bilər. Təzyiqdən çıxacağıq və daha yaxşı olacağıq.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"