Azərbaycan millisi Qazaxıstana qarşı » Pressing.Az
Azərbaycan millisi Qazaxıstana qarşı
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları Dünən, 15:11

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.

Pressing.az xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

24 oktyabr

18:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Baş hakim: Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu