"Sabah"ın Avstriyada növbəti sınağı » Pressing.Az
"Sabah"ın Avstriyada növbəti sınağı
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 3-07-2025, 11:06

"Sabah" klubu bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama matçına çıxacaq.

Pressing.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstan “Pakş”ı ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" 4 gün əvvəl ilk yoxlama matçında "Rapid"lə (Rumıniya) 2:2 hesablı heç-heçə edib.