Xəbər lentiwidget-title-icon

"Neftçi" "Sabah"la oyuna hazırdır
Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
Azərbaycan taekvondoçusu Fransada ikinci oldu
İspaniya nəhəngində yeni müqavilə - RƏSMİ
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat
"İmişli" məşqçisi ilə vidalaşdı
Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal!
Gəncədə voleybol festivalı keçirilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Sumqayıtda minifutbol turniri keçirilib
Azərbaycan Kubokunda daha 3 komanda mərhələ adladı
"Sabah"ın ÇL matçına 50 minə yaxın bilet satılıb
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlanıb
DÇ: Murad Fətiyev 1/4 finalda
"Zaqatala”nın futbolçusuna “Ayın qolu” mükafatı təqdim olunub
Azərbaycanın iki cüdoçusu 1/8 finalda
Sertan Taşkın "Səbail"də
Boksçularımız yarımfinalda
“LANDAU Lions” İsveçrə klubuna məğlub olub
Azərbaycan millisi FİFA reytinqində geriləyib
Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan idmançıları Misirə yollanıb
Azərbaycanın 23 güləşçisi DÇ-də mübarizə aparacaq

Hakimlər siyahısı niyə yubanır? – Allahverdiyevə edilən ədalətsizlik və De Blekerin sınağı

Adətən, hər il mayın sonlarında AFFA Hakimlər Komitəsi növbəti mövsüm üçün Premyer Liqa və Birinci Liqada oyunları idarə edəcək hakimlərin siyahısını təsdiqləyib ictimaiyyətə təqdim edir. Bu, illərdir davam edən bir ənənədir. Amma artıq bir aydan çoxdur ki, siyahı açıqlanmır və bu yubanmaya dair suallar açıq qalır.

Məndə olan məlumata görə, məsələ Komitə sədri Frank De Blekerin qərar verməkdə tərəddüd etməsi ilə bağlıdır. Xüsusilə, Rauf Allahverdiyevin taleyi hələ də müzakirə mövzusudur. Bildiyimiz kimi, ötən mövsüm Azərbaycan kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Sabah” matçında verilən qərar böyük rezonans doğurmuşdu. Məhz həmin qarşılaşmada VAR hakimi olan Allahverdiyevə mövsümün qalan hissəsində təyinat verilmədi. Bu qərarın arxasında AFFA rəhbərliyindən gələn təzyiqlərin dayandığı deyilir.

İndi isə ölkə futbolunun bəlli dairələrində onun ümumiyyətlə siyahıdan silinməsi, yəni elit hakimlər arasında yer almaması üçün səylər göstərilir. Halbuki Rauf Allahverdiyev ötən mövsüm Premyer Liqa oyunlarına çıxan 10-12 aparıcı referidən biri olub və VAR performansı ümumilikdə yüksək qiymətləndirilib.

Tək bir səhvə görə gənc bir hakimin karyerasını məhv etmək nəinki ədalətsizlikdir, həm də Azərbaycan futboluna vurulan zərbədir. Belə davranış UEFA-da böyük nüfuza malik olan De Blekerə də yaraşmaz. Çünki bu, gələcəkdə sifarişli qərarların yolunu açacaq. Sabah sifarişçilərin dişinin dibində şirə yeri qalacaq və hansısa şəxsin xoşuna gəlməyən referi də bir səhvə görə sıradan çıxarılacaq.

Əvvəlki komitə sədri Barış Şimşek bənzər hallarda təzyiqlərə qarşı dayana bilmişdi. İndi eyni prinsipiallıq Frank De Blekerdən də gözləyirəm.

Premyer Liqanı diqqətlə izləyənlər yaxşı xatırlayar. Ötən mövsüm “Qarabağ” – “Şamaxı” matçında VAR hakimi Elçin Məsiyev də kobud səhvə yol vermiş, "Şamaxı"nın əleyhinə penalti qeydə alınmışdı. Amma bu onun təyinatlarına təsir etmədi. "Sabah" da, "Şamaxı" da Azərbaycan klublarıdır. Yox, əgər fərq qoyulursa...

Bəlkə də "Sabah" Azərbaycan klubu deyil və bizim xəbərimiz yoxdur...

Elsevər Muradzadə
Pressing.az

Oxşar xəbərlər


Bütün xəbərlər