Azərbaycan millisi Moldovaya qalib gəldi » Pressing.Az
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan Futbolu 20-06-2025, 09:30

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Pressing.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.