Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

"Layiqli 1 xal qazandıq" - "Şamaxı"nın baş məşqçisi

"Şamaxı" klubu Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfrasnında qonaqların baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda 4-5 turdur qələbəyə həsrət idi. Əvvəldən mübarizəli oyun keçəcəyini bilirdik. Bundan sonra bizim üçün bütün matçlar finaldır. Sırf rəqibə görə hazırlaşmışdıq. Evdə necə müdafiə olunduqlarını bilirdik. Futbolçularımız bütün tapşırıqları yerinə yetirdilər. Layiqli 1 xal qazandıq.

- Tovuza 1 xal üçün gəlmişdiniz?

- Bizim üçün ən pis halda 1 xal da dəyərlidir. Amma biz bütün oyunlara qələbə üçün çıxırıq. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

- Fuad Bayramovun bu tip qolları çoxdur. Bunun üzərində xüsusi çalışır?

- Bilirsiz də Şamaxıdayıq. Məqşdən başqa işimiz yoxdur. Sırf bunun üzərində də məşq edirik.

- "Səbail"in xal itirmisə sizə psixoloji olaraq təsir etmişdi?

- Biz heç kimə fikir vermirik. Yalnız öz oyunumuzu düşünürük. Onların uğursuzluğuna köklənmirik, nəticələrə fikir vermirik. Fikir verəndə komandada stress yaranır.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Bu görüşdən gözləntiniz nədir?

- Evdə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Vaxtımız azdır. Biz məşqçilərin işi çətindir. Həm öz oyunumuzu, həm rəqibi təhlil etməliyik. Futbolçularımızla fəxr edirik. Onların üzərinə böyük iş düşür. Sevinirik ki, oyundan-oyuna özlərini daha yaxşı göstərirlər.

Oxşar xəbərlər