Xəbər lentiwidget-title-icon

Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu

Mayın 4-də Wings for Life World Run adlı qlobal xeyriyyə qaçışı artıq 12-ci dəfə baş tutdu.

Pressing.az xəbər verir ki, məqsəd – onurğa beyni zədələrinin müalicəsi üçün çarə tapılması istiqamətində aparılan tədqiqatlara dəstək vermək idi.

Bu il 191 ölkədən 310 719 iştirakçı eyni vaxtda – Bakı vaxtı ilə saat 15:00-da start götürərək növbəti rekordu müəyyənləşdirdi.

Wings for Life World Run tədbirinin əsas özəlliyi – ənənəvi finiş xəttinin olmamasıdır. Startdan 30 dəqiqə sonra bəzi ölkələrdə real, bəzilərində isə virtual olan Catcher Car (yaxalama avtomobili) iştirakçıların arxasınca hərəkətə keçir. Qaçanlar, yeriyənlər və əlil arabasında olan iştirakçılar bu hərəkətli finiş xəttinə yaxalanmazdan əvvəl mümkün qədər çox məsafə qət etməyə çalışırlar. Catcher Car onlara çatdıqda isə onların yarışı başa çatmış sayılır.

Bakıda keçirilən App Run tədbirində 254 nəfər iştirak etdi. Kişilər arasında Kamran Şərifov 20 460 metr məsafə qət edərək birinci oldu, qadınlar arasında isə Natasha Şiyanova 18,43 km nəticə ilə liderlik etdi.

Qlobal nəticələrə gəldikdə isə, kişilər arasında Yaponiyalı Jo Fukuda 71,67 km məsafə qət edərək yeni dünya rekordu qırdı və ümumi qalib oldu. Qadınlar arasında isə Almaniyalı Esther Pfeiffer 59,03 km nəticə ilə ölkəsinin ilk qlobal çempionu oldu və bu, qadınlar arasında tarixdə ikinci ən yüksək nəticə hesab olunur.

Bu il iştirakçılar dünya üzrə orta hesabla 12,4 km məsafə qət etdilər ki, bu da ekvator ətrafında 64 dövrəyə bərabərdir. Nəticədə 8,6 milyon avro məbləğində rekord ianə toplanıb və əvvəlki illərdə olduğu kimi, vəsaitin 100%-i Wings for Life Onurğa Beyni Tədqiqatları Fondu tərəfindən dəstəklənən elmi tədqiqatlara və klinik sınaqlara yönəldilir.

Wings for Life Fondunun baş direktoru Anita Gerhardter bildirib:

" Bütün dünya eyni məqsəd üçün bu qədər sevgi və enerji ilə bir araya gəldi! 310 719 iştirakçı və 8,6 milyon avro! Siz bu hərəkatın ilham mənbəyisiniz. 2026-cı il mayın 10-da yenidən görüşərik!"

2014-cü ildən bu yana 1 870 253 nəfər Wings for Life World Run-da iştirak edib və ümumilikdə 60,53 milyon avro toplanıb. Bu vəsait hesabına 324 elmi tədqiqat və klinik layihə dəstəklənib.

Oxşar xəbərlər


Bütün xəbərlər

Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi