Azərbaycan millisi Yunanıstana uduzdu
Digər növlər
Dünən, 22:02

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.
Pressing.az xəbər verir ki, Afinadakı “DAİS Sports Hall”da baş tutan 5-ci qrupun matçında yığmamız 2:3 hesabı ilə uduzub.
Millimizin heyətində Kənan Manafov (32, 39) dubl müəllifi olub.
Tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib – 2:2.
