Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib  
                
            Digər növlər
            7-09-2024, 10:18
        

Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.
Pressing.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Xorvatiyada təşkil olunan dünya çempionatı oktyabrın 7-də start götürəcək.

