Azərbaycan millisi Belçikaya yollanıb
Digər növlər
23-05-2024, 14:55

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün 2-ci turun qarşılaşmaları üçün Belçikaya yollanıb.
Pressing.az xəbər verir ki, yığmamız 24-26 may tarixlərində Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.
Komanda Bakıdakı 1-ci turda Rumıniya və Ukraynana 0:3 hesabı ilə uduzub.
