Final seriyasının ilk oyunu keçiriləcək – ABL
Digər növlər
16-05-2024, 14:09

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk matçı keçiriləcək.
Pressing.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.
Qarşılaşma saat 19:30-da başlayacaq.
Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq.
