Azərbaycan birinciliyinin qalibi müəyyənləşib
Digər növlər
5-05-2024, 10:00

16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.
Pressing.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında “Azərreyl-1” ilə “Şərqi Zəngəzur RVK” qarşılaşıb.
Görüş birincilərin 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Azərreyl-1” ölkə çempionatının qızıl medallarını qazanıb.
