Xəbər lentiwidget-title-icon

"Xankəndi" doğma meydanda məğlub oldu
"Neftçi”də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar keçirilib
Millimizin üzvləri məktəblilərlə görüşüb
AFFA 2-ci Liqa komandalarını cərimələyib
Xankəndidə tarixi oyun!
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında
“LANDAU Lions” Slovakiya klubuna məğlub olub
Fərid Qayıbov “Eurosport” rəsmiləri ilə görüşüb
“Neftçi” Latviya klubuna məğlub olub
Kompani qayıtdı
“Qarabağ” Qazaxıstan klubuna uduzub
Daha 4 boksçumuz 1/4 finalda
“Gəncə” Yunanıstan komandasına məğlub olub - AK
Sumqayıtda güləş üzrə turnir keçiriləcək
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib
ACF-nin təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan
İkinci Liqasında 11 oyunun saatı açıqlanıb
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri müəyyənləşib
"Real"dan Arda Güler qərarı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qələbə qazandı
“Gəncə” ABŞ-dən olan basketbolçu ilə anlaşıb - RƏSMİ
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb

Azərbaycan idmançılarından Gürcüstanda iki medal

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb.

Pressing.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar.

Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd idmançı – iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq final mərhələsinə yüksəliblər.

Qadınlar arasında Əhmədova Leyla gümüş medala layiq görülüb. Kişilər arasında isə Nazim Yusifzadə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

“Mikheil Khergiani Cup” Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifat mərhələsinin nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır.

Oxşar xəbərlər


Bütün xəbərlər