Xəbər lentiwidget-title-icon

"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib

“Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır” - AÇIQLAMA

Yunan-Roma güləşi üzrə U17 yığma komandanın açıq məşqi keçirilib.

Pressing.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə daha çox taktiki-texniki çalışmalara üstünlük verilib. Şəxsi məşqçilər belə açıq məşqlərin faydalı olduğunu bildiriblər və gələcəkdə bunun ənənəvi hal almasını diləyiblər.

Hüseynov toplanışın gedişi, açıq məşq və qarşıdakı hədəflərlə bağlı bunları deyib:

“Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. “Zəfər kuboku” turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi. Özbəkistan millisi U17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var. Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik.

Açıq məşq keçirməyimizin məqsədi odur ki, şəxsi məşqçilər öz tələbələrinin hazırlıq səviyyəsini izləsinlər. Toplanışlar zamanı bəzən 4-5 gün idmançılara istirahət veririk ki, şəxsi məşqçilərinin yanında olub, səhvləri üzərində işləyə bilsinlər. Klub və cəmiyyətlərdə iş yüksək səviyyədə gedəndə milli komanda məşqçilərinin də işi yüngülləşir. Bununla da potensiallı idmançıları əldə etmiş oluruq. Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır. Ümid edirik ki, 2032-ci ildə baş tutacaq Olimpiya Oyunlarında nəticələri bu yeniyetmələrdən görəcəyik, eləcə də sonrakı illərdə də. Güləş federasiyasının rəhbərliyi məşqimizi izlədi. Həm inventarla, həm də maddi baxımdan çox dəstək olurlar. Ümumən hər şey yüksək səviyyədədir. Bu dayaq bizə gələcək yarışlarda uğurlu çıxış etmək üçün bir növ təkan olacaq”.

“Zəfər kuboku” 12-14 apreldə Türkiyənin Antalya şəhərində keçiriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...