"Krasnodar" Kadi ilə müqavilə bağladı
Transferlər / Dünya Futbolu
14-01-2023, 18:04

Rusiyanın "Krasnodar" klubunun "Qarabağ"dan transfer etdiyi Kadi Borgesin keçidini rəsmən elan edib.
Pressing.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Kadi komandada 20 nömrəli formanı geyinəcək.
Qeyri-rəsmi məlumatlara görə, Ağdam təmsilçisi bu keçidə görə 5 milyon dollar qazanacaq.
