Xəbər lentiwidget-title-icon

AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı
"Bayern" cəbhəsində Musiala sevinci
Türkiyə yığması pley-offun finalında
Emin Mahmudov: "Nəticə bizim üçün vacibdir"
AFFA bu komandalara texniki məğlubiyyət verib
Rəşad Eyyubov: "Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz"

Millimizin üzvü: "Sadəcə meydanda sözümü demək qalıb" – MÜSAHİBƏ

Azərbaycan milli komandasının və Rusiya "Zenit"inin müdafiəçisi Nigar Mirzalıyevanın Pressing.az-a müsahibəsi:

- Klubunun son çıxışlarını necə dəyərləndirirsən?

- "Zenit"də hər şey qaydasındadır. Dəqiq desəm, komandaya yeni transfer olunmuşam, amma özümü burada doğma hiss edirəm, sanki illərdir burada çıxış edirəm. Peşəkar, mehriban kollektiv formalaşıb burada, infrastruktur və şərait yüksək səviyyədədir. Burada olmağından məmnunam.

- Bu mövsüm baş tutacaq çempionatdan gözləntiniz nədir?

- Çempionat mart ayında start götürəcək. Komanda tam heyətlə məşq edir, hər kəs ciddi uğur qazanmaq üçün çalışır. Texniki, fiziki, taktiki cəhətdən ciddi məşqlər edirik. İnanmıram ki bu mövsüm kuboku başımız üzərinə qaldıra biləcəyik. Düşünürəm ki, buna gücümüz, imkanımız çatacaq. Hər şey öz əlimizdədir.

- Hazırda durumun necədir?

- Çox yaxşı, tərif etmək kimi anlaşılmasın, amma superdir. Futbol oynamaq üçün yaxşı formadayam. Sadəcə meydanda sözümü demək qalıb.

- Futbol oynamaq üçün motivasiya lazımi qədərdir?

- Mən ikitərəfli yanaşa bilərəm. Rusiyada futbola maraq olduqca yüksəkdir, həm azarkeşlər, həm klub rəhbərliyi lazımi dəstəyi göstərə bilir. Digər tərəfdən fərdi yanaşsam yenə də yüksək fikrdəyəm. Futbolu çox sevirəm, bununla yaşayıram. Bu sevgini, istəyi günbəgün artırmağa çalışıram. Motivasiya cəhətdən hər şey qaydasındadır.

- Çatışmayan hansı cəhətlər var?

- Klubda deyə bilmərəm, özümdə çatışmayan cəhət görmürəm. Məncə, bu suala məşqçilər daha dəqiq cavab verə bilər.

- İndi bir az uğurlarından danış...

- İlk olaraq bunu vurğulayıram ki, legioner həyatı yaşayıram, məncə, bu ciddi uğurdur. Azərbaycanı ölkə xaricində təmsil etmək asan deyil. Özüm 9 yaşımda İngiltərənin "Mançester Yunayted" klubuna transfer olunmuşam, ilk ciddi uğurlarımdan biri. Uzun zamandır milli komandanın şərəfini qoyuram, daha sonra Rusiyanın "Rubin" klubunda yaxşı dönəm keçirmişəm. Bunları qeyd edə bilərəm.

- Bir az da millidən danışaq...

- Milli komanda olaraq Avropa Çempionatının seçmə mərhələləri üçün ciddi hazırlaşırıq. Ümid, ancaq qələbələr və qrupda üst pillədə yer tutmaqdır. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik.

- İl təzə başlayıb. Bu il azarkeşlər millidən nə gözləsin?

- Ancaq qələbələr, gözəl qollar. (Gülür)

- Qızları futbola cəlb etmək üçün hansı müsbət cəhətləri qeyd edə bilərsən?

- İdman özü gizlədir, şahı da futboldur. Azərbaycanlılar qızların istedadı varsa özlərini burada niyə sınayıb dünyada adlarından söz etdirməsinlər ki? Belə götürəndə müsbət tərəfləri çoxdur, saymaqla bitməz. Gərək gəlib bu ab-havanın şahidi olub, gözlə görəsən.

- Deyilənə görə, Rusiya klublarına qarşı sanksiyalar aradan qalxacaq, bu haqda fikirlərin...

- Çox istəyirik qalxsın, belə xoşagəlməz şəraitdə futbol motivasiyası azalır. İdmanla siyasəti yan-yana tutmaq düz deyil. Biz, ancaq daxili çempionatlarda futbol oynayırıq. Sanksiya arada qaldırılsa beynəlxalq yarışlarda çıxış edib həm komanda şəklində və fərdi olaraq uğurlar qazana biləcəyik. İnşallah tez bir zamanda aradan qalxsın, futbol dünya içində olan gözəl dünyadır.

Pressing.az

Oxşar xəbərlər


Bütün xəbərlər

AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı