Xəbər lentiwidget-title-icon

Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

"Qapımıza təyin olunan ilk penaltidən sonra..." - Elmar Baxşıyev

“Futbolçularımızın çoxuna yaxşı təkliflər var. Ancaq kim hansı təklifi edir-etsin, hazırkı oyunçular heç yerə getməyəcək, bizimlə davam edəcəklər”.

Pressing.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci hissədə komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür”.

Baxşıyev oyunöncəsi məşq zamanı iki futbolçularının zədələndiyini söyləyib: “Rafael Utziq komanda ilə Antalyada hazırlıq keçməmişdi. Amma burada boş dayanmamışdı, fərdi məşqlər edirdi. Düşünmürəm ki, əvəzetmələr oyunun ritmini dəyişdi. Sadəcə, futbolçular düzgün reaksiya verərək, ikinci hissədə daha aqressiv oynadılar. Bizim komandada ehtiyat oyunçu yoxdur, hamı eynidir. Kimin üzərinə nə düşürsə, artığını etməyə çalışır. Birinci hissədə ağır görünməyimizin səbəbi kimi meydançanın durumunu göstərə bilərəm. Kənardan yaxşı görünsə də, çox ağırdır. Hətta məşqdə iki nəfəri – Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədələndilər”.

Gəncəni futbol şəhəri adlandıran məşqçi oradakı şəraitin o qədər də yüksək olmadığını vurğulayıb: “Gəncədə futbol fərqlidir, azarkeşlər bu idman növünü yaxşı anlayırlar. Gəncə futbol şəhəridir. Ancaq şərait baxımından düzələsi hələ çox şey var”.

O, qapılarına təyin edilən birinci penalti epizodunda hakimin yanlış qərar verdiyini düşünür: “Hakimlik üzərində çox dayanmaq istəmirik. Amma birinci epizodda məncə, penalti yox idi. Çünki bilərəkdən zərbə vurulmamışdı. Futbolçumuz top uğrunda mübarizə zamanı əlini açmalı oldu. Ürfan Abbasovun səmimiyyətinə inanıram. Onun bilərəkdən etmədiyinə əminəm”.

Elmar Baxşıyev əlavə edib ki, hədəfləri bu mövsüm də avrokuboklara vəsiqə qazanmaqdır: “Ötən mövsüm də heç kim “Qəbələ”ni iddialı saymırdı. Ancaq futbolçularım öz iddialarından sona kimi əl çəkmədilər. Həmişə avrokuboklar zonasına düşməyə çalışacağıq. Hər iki cəbhədə mübarizə aparacağıq. Çempionatdan əlimizi üzüb sırf kuboka hazırlaşmaq firimiz yoxdur. Komandanı qarşıdakı matça hazırlaşdırırıq”.

Baş məşqçi transfer çalışmalarını davam etdirsələr də, bu yöndə hələ heç bir yeniliyin olmadığını deyib. O, “Kəpəz”lə görüşdə zədələnən braziliyalı hücumçu Ramon Maçadonun durumunun isə hazırda qeyri-müəyyən olduğunu bildirib: “Durumunu hələ dəqiq bilmirik. Amma müəyyən dərəcədə dartılma var. Maçado özü də bunu hiss elədiyini dedi”. (Report.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi