Xəbər lentiwidget-title-icon

Avropa çempionatında yarışacaq şahmatçlarımızın adları bilinib
Millimizin iki üzvü Avropa çempionatının yarımfinalında
Təmkin Xəlilzadə ulduz futbolçularla bir arada
ŞOK! "Səni öldürərəm" - Yankoviç hakimi hədələdi – VİDEO
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov İkinci Liqada
Eyni səhvlər, fərqli nəticələr: "Qarabağ" dərs çıxaracaqmı?
Ağdamda “İmarət” stadionunun tikintisinə start verilib
24 aprel: bugünkü oyunları yayımlayacaq kanallar - TV AFİŞA
“Abşeron Lions” “Neftçi”yə qalib gəlib - ABL
Liderlərdən böyükhesablı qələbələr - Yüksək Liqa
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib
Birinci Liqada 23-cü tura yekun vurulub - NƏTİCƏLƏR
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazanıb
AFFA rəsmisi “Sabah” – “Qarabağ” matçında hakim qərarlarının doğru olduğunu təsdiqlədi - VİDEO
Ceyhun Sultanov Avropada görün kimlə görüşdü – FOTO
Azərbaycan yığması Belarusla qarşılaşacaq
İki qadın güləşçimiz Avropa çempionatının yarımfinalında
Azərbaycan millilərinin Avropa Liqasındakı oyun cədvəli məlum olub
Arda Turan cəzalandırıldı
"Qarabağ"sız Çempionlar Liqası faciədir?
Azərbaycan Kubokda 20-ci ev qolu vuran 30-cu komanda "Sabah"dır
"Barselona"ya Lamin Yamal şoku
Azərbaycan avarçəkənləri İtaliyada yarışacaqlar
23 aprel: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA

Ədalət Abdullayev: "Qulağımız PFL-də, gözümüz işimizin üzərindədir" – MÜSAHİBƏ

Birinci Liqa təmsilçisi "Araz Saatlı" klubunun prezidenti Ədalət Abdullayevin Pressing.az-a müsahibəsini diqqətinizə çatdırırıq.

– Geridə qoyduğumuz mövsüm çıxışınızı necə dəyərləndirirsiz?

– Ötən mövsüm nəticə baxımından bizim üçün uğursuz oldu. Komanda sonuncu pillədə qərarlaşdı. Lakin ilk mövsüm bizə peşəkarlaşma və təcrübə toplamaq baxımından faydalı oldu. Peşəkar ənənələri olmayan rayonda xeyli çətinliklərə sinə gərməli olduq. Şükür ki, təşkilatçılıq və idarəetmə ilə bağlı problemlərimiz olmadı. Gələn mövsüm daha hazırlıqlı olacağıq.

– Klubun peşəkarlaşması yolunda nə kimi addımlar atmağı düşünürsüz?

– Peşəkar klub peşəkar yanaşma tələb edir. Peşəkar kadrlar formalaşdırmalıyıq. İşimizi günün tələbləri səviyyəsində qurmalıyıq ki, ətrafdakılardan geri qalmayaq. Uğurlu marketinq siyasəti yürütməliyik. Növbəti mövsüm bunlara daha çox fokuslanmağı düşünürük.

– Kluba sponsor cəlb etmək yolunda hansısa planınız varmı?

– Sponsor üçün cəlbedici görünmək lazımdır, ilk olaraq. Bütövlükdə, bu sahəyə iş adamlarının diqqətini çəkmək üçün federasiya, klublar, media – bir sözlə, hamılıqla mütəşəkkil işləməliyik. Futbolun bu qədər populyar olduğu ölkədə Azərbaycan futbolunun popluyarlaşa bilməməsi bizi ciddi narahat etməlidir. "Qarabağ"a qızıl medalların təqdim olunduğu saatlarda Bakı küçələrində insanların "Qalatasaray"ın çempionluğunu bayram etməsi ciddi siqnaldır. O futbolsevərləri biz klublar özümüzə qazandırmayana qədər sponsor problemi xroniki hal alacaq. Datası olmayan sahəyə sponsor niyə pul xərcləsin ki?!

– Gənc klub prezidenti olaraq fəaliyyətinizi necə dəyərləndirirsiz?

– Fəaliyyətimi mən yox, başqaları və tarix dəyərləndirəcək. Bu məsuliyyətin altına təriflənmək və ya tramplin kimi istifadə etmək üçün girməmişəm. Bir vətəndaş olaraq federasiya və PFL-in yorulmaz səylərinə dəstək olmaq, bütövlükdə, ölkədə gedən proseslərə adekvat cavab vermək üçün buradayam. Saatlı doğma rayonumdur. Rayonum üçün nələrsə etməyə borcluyam.

Ədalət Abdullayev: "Qulağımız PFL-də, gözümüz işimizin üzərindədir" – MÜSAHİBƏ

– Sizcə, Saatlıda futbolu daha kütləvləşdirmək uğrunda hansı addım atılmalıdır?

– Saatlıda futbol kifayət qədər kütləvidir. Burada minlərlə həvəskar futbolçu və futbol azarkeşi var. Biz onlarda peşəkarlıq vərdişləri formalaşdırmalıyıq. Kateqoriya alan məşqçilərin sayını artırmaq və mərkəzdən uzaq kəndlərdə bölmələr açmağı planlayırıq.

– Ötən gün AFFA-nın Lisenziya Komissiyasının qərarı ilə "Araz Saatlı"ya Birinci Liqada mübarizə aparmaq üçün növbəti lisenziya verildi. Komandanızın pley-off matçında "Cəbrayıl"la qarşılaşacağı gözlənilir. Bu barədə nə deyə bilərsiz, gözləntiniz nədir?

– Qərar kifayət qədər ədalətli və bizim üçün sevindirici oldu. Pley-offla bağlı hələ ki açıq suallar var. Mövcud əsasnamə bizim "Cəbrayıl"la qarşılaşacağımızdan yanadır. İstənilən halda PFL-in rəsmi açıqlamasını gözləməliyik. Bu gündən komanda məşqləri bərpa edir. Qulağımız PFL-də, gözümüz işimizin üzərindədir.

Pressing.az

Oxşar xəbərlər

Bütün xəbərlər