Xəbər lentiwidget-title-icon

Yuri Maksimovdan məğlubiyyət şərhi
"Sabah" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
"Vacib qələbə qazandıq" - Kurban Berdıyev
Azər Məmmədov: "Bugünkü matçda ən azı 1 xal qazanmağı haqq edirdik"
Mərdəkanda heyətlər açıqlandı
"Turan Tovuz" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Kəpəz” kollektivi Abramenkonun məzarını ziyarət edib
Azərbaycan Dünya Kubokunun final mərhələsində iştirak edəcək
Azərbaycan futbolunun dünya futboluna bəxş etdiyi istedad – Kamilo Duran
"Real"da yeni müqavilə - RƏSMİ
"Fənərbağça"nın əfsanəsi bu klubu çalışdıracaq
"Neftçi"nin "Zirə" üzərində çətin qələbəsi - VİDEO
MPL: “Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
"Şəfa"nın 10 turdan sonra gələn qələbəsi - VİDEO
"Xankəndi" və "Səbail"dən qələbə
Yuri Vernidub: "Rəşad Sadıqovla aramızda heç nə olmayıb"
Rəşad Sadıqov: "Neftçi"yə olan hörmətimdən Verniduba cavab vermirəm" - VİDEO
"Neftçi" və "Şəfa"dan qələbə - YENİLƏNİB
"İmişli"nin baş məşqçisi: "Belə oyundan sonra nəsə demək çətindir"
"Neftçi" - "Zirə" matçı üçün HEYƏTLƏR
Zaur Həşimov: "Bu qələbəyə hava-su kimi ehtiyacımız vardı”
Braziliyalı sabiq futbolçu vəfat edib
"Turan" üçün çətin İstanbul sınağı
Azərbaycan boksçuları IBA Prezident kubokunda çıxış edəcəklər
Azərbaycan millisinin hücumçusu “İnter”ə doğru

Samir Abasov: "Fəlakətə yaxın bir mövsüm oldu"

"Neftçi" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 36-cı turunda "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, yayda ən çətin iş seleksiya işi olacaq:

"Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda olaraq, məşqçi olaraq, bu işdə çalışanlar olaraq nə qədər açıqlamasaq da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı, bunu aradan qaldırmağa çalışacağıq. Bizi çox çətin dövr gözləyir. Amma bu vaxta kimi gördüyümüz işlər açıqlanmasa da, yaxşı işlər görmüşük. Təki nəticəsi olsun".

Mütəxəssis bildirib ki, axtarış etdikləri mövqeləri açıqlamayacaqlar: "Transferlər olanda, görəcəksiniz. Bu oyunçular klub tərəfdən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqeyimiz var".

S.Abasov oyunun birinci hissəsində Namik Ələsgərovun Emin Mahmudovun ayağına müdaxilə etdiyi epizodan da söz açıb: "Hansısa hakimin bizə qarşı və ya digər komandaya qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var. Nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Fəlakətə yaxın bir şey oldu. Bunları masaya otuzdurub, danışa bilmərik. Dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğuma görə səhvlər aradan qalxacaq".

O, "Düşnmürsünüz ki, bu heyətlə avrokuboklara getməkdənsə, yayda rahat dəyişikliklərin aparılması daha yaxşıdır?" sualına belə cavab verib: "Futbol baxımından elədir. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmin avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik. Bir neçə il avrokuboka getməsək, alınmayacaq bu klubda".

Oxşar xəbərlər

Bütün xəbərlər