Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Azərbaycan güləşçisi Dünya Kubokunda "bürünc" qazandı

Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən Dünya Kubokunun bürünc medalını qazanıb.

Pressing.az
xəbər verir ki, dünya yığmasının heyətində yer alan 24 yaşlı idmançı B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlsə də (10:0), iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub olub.

Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda rəqib Gürcüstan olub. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. O, Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib.

Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.

Oxşar xəbərlər