Xəbər lentiwidget-title-icon

"Barselona" və PSJ-dən darmadağın, "Qalatasaray" uduzdu
Valdas Dambrauskas: “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik"
Şeydayev oynadı, komandası uduzdu
Millimiz Moldovaya məğlub oldu
Birinci Liqa: "Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Maykl Kerrik: "Sabah" komanda şəklində yaxşı pressinq edir"
Futbolçu Fizuli Məmmədova söz atdı, dava düşdü - VİDEO
Azərbaycan yığması Gürcüstana yenə uduzdu
"Kəpəz"də ciddi itki
Azərbaycan Basketbol Federasiyasında Məşqçilər Departamenti yaradılıb
Sanqare Ərəbistan klubunda
Azərbaycanda voleybol klubunun adı dəyişdirilib
"Turan" CEV Çempionlar Liqasında mübarizəyə start verir
"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırıldı
UÇL: “Qalatasaray” bu gün “Sportinq”lə qarşılaşacaq
9 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları"nda 10-cu tur start götürüb - NƏTİCƏLƏR
Mahir Emrelinin komandasında yeni baş məşqçi
Zubirin Ərəbistan klubuna transferində problem yarandı
Fərid Qayıbov Filip Judanı qəbul edib
Braziliyalı hücumçu "Sabah"da
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edir
Azərbaycan atleti dünya çempionu olub
Azərbaycan idmançıları üçün Belarus sınağı
Niderland klubunda ciddi itki

Fizuli Məmmədov: "Neftçi" səfərdə qalib gəlib, mərhələni keçə bilər" – AÇIQLAMA

"Neftçi" qalib gəldiyi oyunda hesabı (2:0) qoruya bilmədi və məğlub oldu. "Neftçi" rəqibindən üstün bir komandadır. Həm futbolçu keyfiyyəti, həm məşqçi işi, həm də plan olaraq təmsilçimiz rəqibini üstələyir".

Bu sözləri Pressing.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Fizulu Məmmədov deyib. Hazırda "Şahdağ Qusar"ın "sükanı arxasında" olan mütəxəssis "ağ-qaralar"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Minsk "Dinamo"suna məğlub olduğu oyun (2:4) haqda danışıb:

"Neftçi" oyuna çox yaxşı başlamışdı. İlk dəqiqələrdə iki qol vuraraq rəqibi təzyiq altında saxlayırdı. Deyərdim ki, sonradan oyunçularda bir balaca arxayınlıq yarandı. Futbolçular sanki artıq matç bu belə də bitəcək deyə düşünürdülər. Amma bu, futboldur, sona qədər oynanılır. Rəqib də bundan istifadə edərək, futbol dili ilə desək, bir az özünə gəldi. Top saxladılar və ondan sonra "Neftçi"nin müdafiədə verdiyi boşluqlardan istifadə etməyə başladılar. Bundan sonra artıq "Dinamo" qol vurdu və ard-arda "Neftçi"nin qapısına yol tapdılar. Düşünürəm ki, bu, "Neftçi"yə çox pis təsir etdi. Komanda sonradan özünü toparlaya bilmədi. Rəqib isə artıq oyun tempinə düşmüşdü. Həm yaxşı müdafiə olunurdular, həm də topu qazandıqdan sonra təhlükəli keçidlər edirdilər.

​İkinci hissədə təmsilçimiz dəyişiklik etdi və yenə də top "Neftçi"də idi, təzyiq edir, epizodlar yaradırdılar. Bu epizodları dəyərləndirə bilmədikcə artıq hər şey "Neftçi" üçün daha da çətin olmağa başladı. Yekunda da 2:4 hesabıyla məğlub oldular. Fikrimcə, ilk oyun idi deyə, komanda hələ fiziki olaraq tam hazır deyildi. Heyətdə bəzi dəyişikliklər var. İstər-istəməz, bir az zamana ehtiyac var. Amma "Neftçi" oyundan-oyuna daha yaxşı oynayacaq".

Məmmədov Bakı təmsilçisinin cavab oyunu haqda da fikirlərini bölüşüb:

"Cavab matçı Minskdə yox, başqa bir şəhərdə oynanılacaq. "Neftçi" bu görüşdə də dominant futbol sərgiləyəcək. Zənnimcə, oyunun taleyi hələ həll olunmayıb. Qarşıda hələ bir matç var və "Neftçi" bu oyunda qalib gəlib, mərhələni keçə bilər. ​Amma bu çox çətin olacaq. Düzdür, "Neftçi" də artıq rəqibini daha yaxşı tanıdı. Təhlillər olunub, daha planlı şəkildə oynamağa çalışacaqlar. Eynisini də "Dinamo" üçün deyə bilərəm ki, rəqib də artıq "Neftçi"ni daha yaxşı tanıdı. "Neftçi"yə uğurlar arzu edirəm. Düzdür, çətin olacaq, amma hələ heç nə bitməyib".

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər